ABŞ və Böyük Britaniya silahlı qüvvələri husilərin “Ənsar Allah” hərəkatının nəzarətində olan Əl-Hodeydə şəhərinin hava limanına iki raket zərbəsi endirib.
Bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.
Hücumların nəticələri barədə məlumat verilmir.
Qeyd edək ki, ötən il noyabrın ortalarından bəri husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər.