Bakı, 7 sentyabr.
Sentyabrın 6-da gecə saatlarında Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisindən “VAZ-27175” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini R.Hüseynov avtomobillə birgə saxlanılıb.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 5-də rayon ərazisindən “Toyota” markalı avtomobil qaçırmaqda şübhəli bilinən Ə.Məmmədov avtomobillə birgə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə sentyabrın 5-də rayon ərazisindən “Moona” markalı motosiklet qaçırmaqda şübhəli bilinən M.Salahov motosikletlə birgə tutulub.
Hər üç faktla bağlı araşdırma aparılır.