Ağdam, 5 fevral.
Ağdamda “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
İkisi qadın olmaqla, üç nəfərin xəsarət aldığı hadisə işğaldan azad edilmiş Ağdam şəhəri ərazisində, Ağdam-Şuşa yolunda baş verib.
Yaralılar Xankəndi şəhər xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.