• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Xocalı soyqırımı zamanı itkin düşən Akif Mahmudov torpağa tapşırılıb

Hadisə

27-03-2024, 20:22

Ceyranbatan qəbiristanlığında çoxdan idi ki, belə izdiham yaşanmırdı. Əllərində üçrəngli Azərbaycan bayraqları, təzə-tər qərənfillər, qızılgüllər tutan gənclər dəfn mərasiminə axışırdılar. Üzlərdə kədər oxunur, gözlərdə yaş gilələnmişdi. Onlar 32 il əvvəl Xocalıda soyqırımı gecəsində itkin düşən Akif Mahmudovla son vida mərasiminə gəlmişdilər.
Martın 27-də Ceyranbatan qəsəbəsindəki qəbiristanlıqda Xocalı rayonu ərazində aşkarlanmış məzarlıqdan qalıqları tapılmış, Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslərdən Akif Seydulla oğlu Mahmudovun dəfn mərasimi keçirilib.
Mərasimdə Xocalı və Abşeron Rayon İcra hakimiyyətlərinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı Rayon Bölməsinin rəhbərliyi, şəhidin ailə üzvləri, qohumları, Xocalı rayon sakinləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dəfn mərasimində çıxış edən Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Milli Ordusunun əldə etdiyi möhtəşəm Zəfər və ötən ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Qarabağ torpaqlarının erməni işğalçılarından tamamilə azad edilməsi, ölkəmizin suverenlik və ərazi bütövlüyünü tamamilə bərpa olunması, uzun illərin həsrətindən sonra məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışından bəhs edib və bu yolda şəhid olanların hər birinin xatirəsinin əziz tutulduğunu vurğulayıblar.
Mərhum Akif Mahmudovun qardaşı Nəsib AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Ailədə 4 qardaş və 4 bacı olmuşuq. Akif ailəmizin altıncı övladı idi. Biz hər ikimiz könüllü olaraq özünümüdafiə dəstəsinin üzvləri sırasında idik. Faciə gecəsi mən “Artezian postu”nda olmuşam, Akif isə həmin gecə Fin evlərinin yaxınlığındakı postda idi. Həmin axşam ermənilərin çox dəhşətli artilleriya atəşləri başlandı. Yerli özünümüdafiə qüvvələri isə yalnız avtomat və pulemyotlarla silahlanmışdı. Ermənilər isə tank, zirehli texnika ilə silahlanmışdılar və ən müasir döyüş silahları ilə Xocalını atəşə tuturdular. Onların aramsız atəşi qarşısında təxminən iki saat duruş gətirə bildik. Ailə üzvlərimizi atəş altından çıxararaq Ağdama gətirdim. Həmin gecə Akifdən xəbər tuta bilmədik, yenidən onun ardınca Xocalıya qayıtmaq istəyəndə yaralanaraq ermənilərə əsir düşdüm. 18 gün əsirlikdə qalandan sonra buraxıldım. Aradan ötən bu uzun illər ərzində Akifi itkin hesab etmişik. Xocalıda aşkarlanan kütləvi məzarlıqda qardaşımın da nəşi tapıldı”.
Mahmudovlar ailəsinin yaxın qohumu Yaqub İsmayılov isə bunları əlavə edib: “Xocalı soyqırımı baş verəndə Akifin 30 yaşı var idi. Təzə ailə həyatı qurmuşdu, iki oğlu var idi. Akif son saata qədər Xocalını müdafiə edənlərdən olub. Ermənilər onu və onunla birlikdə bir neçə sakini əsir götürərək dəhşətli işgəncələr verdikdən sonra onları qətlə yetirib və Xalça fabriki adlanan ərazinin yaxınlığında basdırıblar. Həmin gecə onun anası Məruzə, bacısı Dilarə və bacısı uşağı da şəhid olub”.
Akif 1962-ci il aprelin 26-da dünyaya gəlib, 1992-ci il fevralın 26-da itkin düşüb. 2024-cü il martın 27-də isə torpağa tapşırıldı.
Mərhumun dəfn mərasimində mərhumun ruhuna dualar oxunub, fatihə verilib.
Akif Mahmudovun məzarı üzərinə əklillər qoyulub, qərənfil və qızılgüllər düzülüb.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

5-10-2023, 10:16

Füzulidə itkin düşən şəhid Seyfulla Tairovun nəşinin qalıqları Saatlıda dəfn edilib

Siyasət

26-02-2024, 15:57

Prezident İlham Əliyev Xocalıda soyqırımı memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Cəmiyyət

26-02-2024, 21:28

DSX-da Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib

Cəmiyyət

22-02-2024, 15:58

Xalq yazıçısı Mövlud Süleymаnlı Şamaxıda dəfn olunub

Cəmiyyət

22-02-2024, 15:58

Xalq yazıçısı Mövlud Süleymаnlı Şamaxıda dəfn olunub

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 12:53
    Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur
  • Вчера, 12:51
    Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir
  • Вчера, 12:48
    Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ
  • Вчера, 12:45
    “Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans
  • Вчера, 12:43
    Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
  • 4-10-2026, 14:58
    Vətən müharibəsinin xronikası: 4 oktyabr
  • 4-10-2026, 14:54
    Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib
  • 4-10-2026, 14:50
    Bu gün Cəbrayıl Şəhəri Günüdür
  • 4-10-2026, 14:40
    Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb
  • 3-10-2026, 12:54
    Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür
  • 3-10-2026, 12:52
    Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir
  • 3-10-2026, 12:50
    Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi
  • 3-10-2026, 12:46
    3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY
  • 2-10-2026, 17:54
    Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir
  • 2-10-2026, 17:50
    Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
  • 2-10-2026, 12:39
    Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq
  • 2-10-2026, 12:36
    Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
  • 2-10-2026, 12:34
    Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb
  • 2-10-2026, 12:33
    Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır
  • 2-10-2026, 12:30
    "ADEX 2026" davam edir
  • 2-10-2026, 12:27
    Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
  • 2-10-2026, 12:25
    Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
  • 2-10-2026, 12:22
    Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
  • 2-10-2026, 12:19
    Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın
  • 2-10-2026, 12:16
    Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi
  • 2-10-2026, 12:13
    Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi
  • 1-10-2026, 10:50
    Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
  • 1-10-2026, 10:48
    Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır
  • 1-10-2026, 10:46
    Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu işə başlayıb
  • 1-10-2026, 10:43
    Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir
  • 1-10-2026, 10:41
    Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır
  • 30-09-2026, 12:01
    Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb
  • 30-09-2026, 11:55
    Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
  • 30-09-2026, 11:52
    Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
  • 30-09-2026, 11:50
    Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə